Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Boykot tərəfdarları məsləhətləşmələrə başlayıb


Fuad Mustafayev deyir ki, hazırkı görüşlərin əsas məqsədi əməkdaşlıq üçün bazanın yaradılmasıdı
Fuad Mustafayev deyir ki, hazırkı görüşlərin əsas məqsədi əməkdaşlıq üçün bazanın yaradılmasıdı
Oktyabrın 15-də keçiriləcək prezident seçkisini boykot edən müxalifyönlü partiyalar arasında məsləhətləşmələr başlayıb. Bu barədə «Azadlıq» radiosuna AXCP funksioneri və görüşlərdə «Azadlıq» siyasi partiyalar blokunu təmsil edən Fuad Mustafayev məlumat verib. O, artıq Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və Müsavat partiyası icra aparatının sədri Arif Hacılıyla görüşüb:
«Azadlıq» blokunun mövqeyi bundan ibarətdir ki, seçkini boykot edən siyasi qüvvələr seçkilərin qeyr-azad olduğunu, hazırkı şəraitdə demokratik və ədalətli seçki keçirilməsinin mümkün olmadığını və beləliklə də seçkilərin artıq qeyri-legitim olduğunu bildirsin. Bu mövqedən çıxış edən təşkilatların birgə əməkdaşlığı yaransın».

Fuad Mustafayev deyir ki, hazırkı görüşlərin əsas məqsədi əməkdaşlıq üçün bazanın yaradılmasıdı. Amma görüşlərdə iştirak edən Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov hesab edir ki, seçkini boykot edən siyasi qüvvələrin əməkdaşlığı təkcə seçki dövrünü yox, seçkidən sonrakı dövrü də hədəfə götürməlidi:

«Təbii ki, əvvəlki illərdə səhvlər də olub. Əgər müxalifət nəyəsə nail olmayıba, deməli, hələ də əlindən gələn hər şeyi etməyib. Ümid edək ki, bu əməkdaşlıq daha effektli olacaq».

Politoloq İlqar Məmmədov isə hesab edir ki, müxalifət qüvvələri arasında hər hansı yeni əməkdaşlıq forması köhnə tərəfdaşlıqlardan fərqlənməyəcək. Nə tərkibi, nə də atılacaq addımları baxımından:

«Neçə ildi ki, eyni siyasi partiyaların, eyni siyasi liderlərin eyni strateji taktikalarıyla - səhvləriylə rastlaşırıq. Hər dəfə də guya bunlar yeni bir böyük bir iş görürlər. Əslində bu iş boşdu. Bu işdə məzmun yoxduu. Əgər siyasi qüvvələrin elə gücü varıydısa, onda seçkiyə gedəydilər».

Bu vaxtacan müxalif yönlü partiyalar seçkilər ərəfəsində birgə fəaliyyətlə bağlı müxtəlif adda koalisiyalar yaradıblar. Onların sonuncu birgə əməkdaşlığı «Azadlıq» seçki blokunda baş tutub. 2005-ci il parlament seçkilərindən sonra Müsavat partiyası bu blokdan çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG