Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 04:58

«Bu müdaxilə əvvəlcədən düşünülmüş akt idi»


«Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır. Biz ümid edirik ki, digər ölkələr Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcəklər»
«Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır. Biz ümid edirik ki, digər ölkələr Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcəklər»
«Amerika Birləşmiş Ştatları Gürcüstanla bərabərdir, Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyir».
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersin avqustun 18-də yaydığı bəyanatda belə deyilir. Səfir bildirir ki, Dövlət katibi Kondoliza Raysın ötən həftə Tbilisiyə səfəri bu dəstəyin gücünü vurğulayır:
«Amerika Birləşmiş Ştatları Azərbaycanın Gürcüstana dəstəyini alqışlayır. Biz ümid edirik ki, digər ölkələr Rusiyanın müdaxiləsinə məruz qalan Gürcüstanı dəstəkləyəcəklər».
Enn Ders deyir ki, Rusiyanın Gürcüstana cavabı xoşməramlı sülh mühafizəçisinin cavabı olmayıb:
«Rusiyanın təxribatları Gürcüstanın xəritəsini yenidən çəkmək məqsədi güdür. Rusiyanın əsas hərbi infrastrukturunun, eləcə də çevik və qeyri-proporsional qüvvədən istifadə ehtimal etməyə imkan verir ki, bu müdaxilə əvvəlcədən düşünülmüş akt idi. Gürcüstan müstəqil və suveren dövlətdir və Rusiya öz demokratik qonşusuna hörmət etməlidir».
Diplomat Rusiyanı atəşkəsə dair müqavilənin şərtlərinə tam əməl etməyə çağırır:
«Rusiyanın hərəkətləri təkcə Gürcüstan üçün təhlükə təşkil etmir. Onlar bölgənin demokratik inkişaf arzusu üçün təhlükə yaradır. Azərbaycan və Gürcüstan kimi suveren dövlətlər, Avropa və Qərblə əlaqələr da daxil olmaqla, özlərinin müəyyən etdiyi kursu davam etdirəcəklər. Rusiya demokratik yolla seçilən liderlərin bu qərarlarına hörmət etməlidir».
XS
SM
MD
LG