Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Prezident istefa verdi


Pakistanda koalisiya prezident Pərviz Müşərrəfə qarşı impiçment barədə razılığa gəlmişdi
Pakistan prezidenti Pərviz Müşərrəf avqustun 18-də istefa verdiyini bəyan edib. O, bu qərarını televiziya vasitəsi ilə xalqa müraciətində açıqlayıb. Prezident impiçment mübarizəsindən yarınmaq üçün «milli maraqlar» naminə belə addım atdığını bildirib.
Pakistanda koalisiya prezident Pərviz Müşərrəfə qarşı impiçment barədə razılığa gəlmişdi.

Pakistanda keçirilən son parlament seçkilərində müxalifət qalib gəlib və iqtidar partiyası sarsıdıcı məğlubiyyətə uğrayıb. İki iri müxalifət partiyası-sabiq baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlman Liqası və mərhum Bənazir Bhuttonun Xalq Partiyası səslərin təxminən üçdə ikisini toplayıblar.
XS
SM
MD
LG