Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 16:32

Saakaşvili atəşkəs haqqında sənədi imzaladı


Kondoliza Rays və Mixail Saakaşvili,15 avqust 2008
Kondoliza Rays və Mixail Saakaşvili,15 avqust 2008
Gürcüstan prezidenti Mixail Saakaşvili deyib ki, o, Rusiya ilə münaqişəyə son qoymaq üçün atəşkəs haqqında razılaşmanı imzalayıb.

Avqustun 15-də Tbilisidə olan ABŞ Dövlət katibi Kondoliza Rays isə bildirib ki, indi Rusiyanın bütün hərbi hissələri dərhal Gürcüstan ərazisini tərk etməlidir.

Avqustun 12-də Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə Moskva və Tbilisi atəşi dayandıraraq, hərbi hissələri münaqişədən əvvəlki mövqelərə qaytarmağa razılaşıblar.

Amma bu razılaşmaya və Gürcüstanın öz qoşunlarını Cənubi Osetiyadan çıxarmasına baxmayaraq, Rusiya hələ də Cənubi Osetiyadan savayı, Qori və Potidəki hərbi hissələrini geri çəkməyib.

Moskvada bildirirlər ki, Qorini avqustun 16-da Gürcüstana verməyi nəzərdə tuturlar. Potidə qalmaları isə tam qanunidir.
XS
SM
MD
LG