Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:49

Avqustun 21-də texnikumlara qəbul imtahanıdır


İmtahanın nəticələri avqustun 25-dək TQDK-nın internet saytında yerləşdiriləcək, «Abituriyent» jurnalının xüsusi buraxılışında dərc olunacaq
İmtahanın nəticələri avqustun 25-dək TQDK-nın internet saytında yerləşdiriləcək, «Abituriyent» jurnalının xüsusi buraxılışında dərc olunacaq
Avqustun 21-də 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçiriləcək.
Əsas təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 9452 plan yerinə 23277 abituriyent sənəd verib. Onlardan 14147 nəfəri qız, 9130 nəfəri isə oğlandır.

Qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Quba və Göyçay şəhərlərində keçiriləcək.

9452 plan yerindən 5831-i ödənişsiz, 3621-i isə ödənişli əsaslarla olan ixtisaslardır.

Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri Azərbaycan dil fənnindən də imtahan verəcəklər.

İmtahanın nəticələri avqustun 25-dək TQDK-nın internet saytında yerləşdiriləcək, «Abituriyent» jurnalının xüsusi buraxılışında dərc olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG