Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 03:31

«Azerfon» «ArmenTel»lə rouminq sazişi imzalayıb?


«Bu məlumat doğru olsaydı, saytın bizə aid bölməsində Nar Mobile-in tərəfdaşlarının siyahısında «ArmenTel»in də adı olardı. Bu isə mümkün deyil»
«Bu məlumat doğru olsaydı, saytın bizə aid bölməsində Nar Mobile-in tərəfdaşlarının siyahısında «ArmenTel»in də adı olardı. Bu isə mümkün deyil»
«Azərbaycanın mobil rabitə operatoru «Azerfon» MMC (Nar Mobile) ilə Ermənistanın «ArmenTel» mobil rabitə şirkəti arasında beynəlxalq rouminq sazişi imzalanıb». Dünya GSM Assosiasiyasının (GSMA) rəsmi saytının yaydığı məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, «Azerfon» MMC «ArmenTel»in Azərbaycan üzrə rouminq tərəfdaşıdır.
Nar Mobile şirkətinin Mətbuat Xidmətindən Əziz Axundov «Azadlıq» radiosuna bu xəbəri təkzib edib. O deyib ki, artıq 10 gündür ki, Dünya GSM Assosiasiyasının saytının Ermənistan bölümündə yer almış həmin məlumatın səhifədən çıxarılmasını tələb edirlər: «Bu məlumat doğru olsaydı, saytın bizə aid bölməsində Nar Mobile-in tərəfdaşlarının siyahısında «ArmenTel»in də adı olardı. Bu isə mümkün deyil».
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat Xidmətindən Müşfiq Əmirov isə «Azadlıq» radiosuna deyib ki, işğal olunmuş ərazilərdən başqa, Azərbaycanın qalan regionlarında Ermənistan mobil operatorlarının rouminqi yoxdur və ola da bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG