Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:52

«Qarabağın taleyi Gürcüstanda həll olunur»


«İlham Əliyev Azərbaycanın da taleyinə birbaşa dəxli olan proseslərə münasibət bildirməyib»
«İlham Əliyev Azərbaycanın da taleyinə birbaşa dəxli olan proseslərə münasibət bildirməyib»
«Hesab edirəm ki, bu gün Gürcüstanda təkcə Tiflis-Sxinvali konfliktinin, Gürcüstanın deyil, bütövlükdə Qafqazın, Qarabağın taleyi həll edilir. Bu baxımdan bizi Azərbaycan hakimiyyətinin proseslərə laqeyd mövqeyi çox əndişələndirdi». Müsavat partiyasının başqanı İsa Qəmbər «Yeni Müsavat»a müsahibəsində belə deyib.
«…Dövlətin də başçısı gedib Çində olimpiya oyunlarına tamaşa eləməklə məşğul olsun. Olimpiya oyunları çox mühüm hadisədir …Amma o, Bakıda olmalıdır. Bütün Baltik ölkələrinin liderləri, Ukraynanın, Polşanın başçıları Tiflisə yığışıb Gürcüstana dəstək verirlər. İlham Əliyev isə sərhədimizin bir addımlığında yaşanan və Azərbaycanın da taleyinə birbaşa dəxli olan proseslərə münasibət bildirməyib».

«Ekspress» isə Gürcüstanda gedən hərbi əməliyyatların regionun təbiətinə təsirindən yazıb. «Ölkənin Kvemo-Kartli bölgəsindəki soydaşlarımızın dediklərinə görə, Cənubi Osetiyada və Abxaziya ilə münaqişə bölgəsində hərbi əməliyyatlar başlanandan, sonra da Rusiya qoşunları Gürcüstan ərazisinə girəndən sonra bölgədə ilanların sayı xeyli artıb».
Marneuli rayon sakini Cəfər Əmirov «Ekspress» əməkdaşı ilə söhbətində bildirib ki, şəhərdəki dəmir-beton və konserv zavodlarının ətrafındakı ağaclıq ərazilərdə yüzlərlə gürzə peyda olub.
«Sizin sənət fəlsəfəniz iki qanad üzərində köklənib: fikir və hiss»-, professor Kamil Vəli Nərimanoğlu xalq şairi Bəxtiyar Vahabzadə haqqında məqaləsində belə yazır. Yazı «Azadlıq» qəzetində dərc olunub. «Siz ağıl zirvəsindəsiniz, ancaq yenə hiss burulğanı, duyğu təlatümü içərisində yaşayırsınız. Nə qədər paradoksal olsa da, gerçək budur. Sizin son şeirləriniz ağıl və hissin bitib-tükənməyən mücadiləsidir». Avqustun 16-sı xalq şairinin doğum günüdür.
«QHT-lərə maliyyə yardımı müsabiqəsinin nəticələri açıqlandı». Bu barədə «Azərbaycan» qəzeti məlumat verib. Avqustun 14-də bununla bağlı təqdimat mərasimi keçirilib.
«Yeni Azərbaycan» isə Bakının fəvvarələrindən yazıb. «Şəhərin mərkəzi meydanında qurulan musiqili fəvvarədə Azərbaycanın xalq musiqisinin ən gözəl inciləri təqdim olunur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG