Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

«Onu da köhnə nazirin aqibəti gözləyir?»


İqtisadi İnkişaf naziri Heydər Babayev
«İqtisadi İnkişaf naziri Heydər Babayev artıq istefa ərizəsini yazıb. Nazir hazırda Çində olan dövlət başçısının Bakıya qayıtmasını gözləyir. Prezident vətənə qayıtdıqdan sonra ərizə ona təqdim ediləcək. Bu barədə «Azadlıq» qəzetinə hakimiyyətə yaxın mənbə məlumat verib».
Bu barədə «Yeni Müsavat»da yazıb. «İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentinin rəisi Samir Dadaşovun və qurumun digər beş əməkdaşının həbsinin təfərrüatı ilə bağlı ictimaiyyətə çox xəsisliklə məlumat verilməsinin sirri açılır. Mötəbər mənbədən aldığımız məlumata görə, nazirlik əməkdaşlarının həbsindən sonra hakimiyyətə yaxın informasiya kanallarına tapşırıq verilib ki, bu barədə hər hansı yazı və süjet verilməsin».

«Rusiya-Gürcüstan gərginliyi Ermənistanın iqtisadi-nəqliyyat təcridini bir az da dərinləşdirib». Milli Məclisin orqanı «Azərbaycan» qəzeti yazır ki «Gürcü-osetin qarşıdurması birmənalı olaraq Ermənistan iqtisadiyyatına neqativ təsir göstərəcək. Ermənistan parlamentinin deputatı Vardan Bostancyan bu fikirdədir. Erməni deputatının fikrincə, son hadisələr regionda etimad problemini qabardıb».

«Seçkiləri boykot etmək partiyalara, onların liderlərinə ciddi zərbə vurur». «Ekspress»ə müsahibəsində Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə belə deyib. O, daha sonra bildirib: «İstənilən halda mən seçkidə iştirakın partiyalar üçün divident qazandırdığını deyə bilərəm. Seçkilərin boykot edilməsi heç bir əhəmiyyət kəsb etmir, heç bir nəticə vermir və əksinə çox mənfi nəticələrə səbəb olur».
XS
SM
MD
LG