Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

«BTC-nin dayanması Qərb üçün problem yaratmaz»


ARDNŞ-in sabiq prezidenti Sabit Bağırov
ARDNŞ-in sabiq prezidenti Sabit Bağırov
«Gürcüstanda baş verən hadisələr və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin Türkiyə ərazisində partladılması onu göstərir ki, Qərbin enerji təhlükəsizliyi məsələsi hələ tam təmin olunmayıb. BTC-ni effektli qorumaq üçün atılması zəruri olan addımlar hələ var».

Politoloq Fikrət Sadıqov «İşdən Sonra»ya belə deyir.

ARDNŞ-in sabiq prezidenti Sabit Bağırov isə hesab edir ki, BTC-də neft nəqlinin bir müddət dayanması Qərb üçün elə ciddi problem yaratmaz. Çünki, adətən əvvəlcədən belə halları nəzərə alan müqavilələr bağlanır və lazımi anda yarana biləcək ehtiyacın təmin olunması məsələsi həll edilir. Digər tərəfdən, Azərbaycan hələ Avropanı elə böyük həcmdə neftlə təmin etmir ki, onun dayanması Qərb üçün ciddi fəsadlara gətirib çıxarsın.

Ətraflı verilişin audiosunda

Buna da bax:

XS
SM
MD
LG