Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 09:10

Paytaxtda atışma. İki nəfər öldürülüb


«Polis məcburiyyət qarşısında atəş açıb»
«Polis məcburiyyət qarşısında atəş açıb»
Avqustun 12-də Sabunçu rayon polisi ölümə qəsd, qanunsuz silah saxlama və qanunsuz pul tələb etmək ittihamları ilə axtarışda olan Nardaran kənd sakinləri Əmirxan Cabbarov və onun oğlu Zülfüqar Cabbarovu atışmada öldürüb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Azər Cahangirov deyib ki, hər iki şəxs silahlı olub. Onlar silahları təhvil verib, təslim olma çağırışına tabe olmayaraq polisə qumbara atıblar və avtomatdan atəş açıblar:
«Polis məcburiyyət qarşısında atəş açıb. Nəticədə hər iki şəxs həlak olub. Onlardan iki avtomat silah götürülüb».
Bundan əvvəl Əmirxan Cabbarov və onun oğlu Zülfüqar Cabbarov Nardaran sahə müvvəkilini və bir kənd sakinini qətlə yetirmişdi. Ata və oğul dəfələrlə polisə müqavimət göstərək qaçıb gizləniblər.
XS
SM
MD
LG