Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 18:54

«Artıq səfirliklərin də sürücüləri qaydaları pozur»


Vaqif Əsədov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda yol hərəkəti qaydalarını intensiv pozan avtomaşınlara qarşı ciddi tədbirlər görməyə hazırlaşır.

İdarənin ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov: «Artıq respublikadakı əcnəbilər də bizim sürücülərdən nümunə götürərək, yol hərəkəti qaydalarını pozurlar. Məsələn, Rusiya, Ukrayna, Qətər və s. səfirliklərə məxsus olan avtomaşınlar barədə bunu demək olar. Sonuncu dəfə Qazaxıstan səfirliyinə məxsus «Toyota Camry» D 017 03 dövlət nömrə nişanlı avtomaşın monitorlarda qeydə alınıb».

V. Əsədov deyir ki, yol hərəkətini intensiv pozan sürücülər arasında bütün təbəqələrin nümayəndələri var:

«Bura dövlət və qeyri-dövlət strukturlarının əməkdaşları aiddir. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin nəqliyyat departamentinə məxsus «Audi» 10-AH-833, yaxud «Akkord» şirkətinə məxsus 90-AX 302, «İlkin» İstehsalat Kommersiya Şirkətinə məxsus «Volvo» avtomaşını və s. Monitorlarda bu sürücülərin nümayişkaranə yol hərəkəti qaydalarını pozmaları aydın görünür. Təxminən 50–yə yaxın belə avtomaşının siyahısı hazırdır. Çox təəssüf ki, onların arasında tanınmış insanlar da var».

Cənab Əsədov bildirir ki, «təkcə bu sürücülərin deyil, onları himayə edən şəxslərin də kimliyi araşdırılır və tədbir görülməsi üçün müxtəlif instansiyalar qarşısında məsələ qaldırılacaq».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG