Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Day.az işini bərpa edib


«Elə münaqişə başlayandan Rusiya tərəfindən haker hücumları olurdu»
«Elə münaqişə başlayandan Rusiya tərəfindən haker hücumları olurdu»
Avqustun 11-də rus hakerləri Day.az rusdilli Azərbaycan portalını sıradan çıxardıb.

Bu barədə saytın baş redaktoru Elnur Baimov məlumat verib. O, saytının dağıdılmasını Rusiyanın Gürcüstana hərbi müdaxiləsini işıqlandırmaları ilə əlaqələndirib.

«Elə münaqişə başlayandan Rusiya tərəfindən haker hücumları olurdu»-, deyə baş redaktor bildirib.

Həmin gün Day.az öz işini bərpa etməyə nail olub.

Son iki gündə Rusiyanın xüsusi xidmət orqanları Gürcüstanının bir sıra dövlət və informasiya agentliklərinin saytlarını dağıdıblar.
XS
SM
MD
LG