Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Siyasi mübarizə üçün meydan yoxdur»


Görəsən, müxalifətin böyük bir hissəsi boykot qərarı verdiyindən Qulamhüseyn Əlibəyli həmin narazı insanların səslərini qazanıb seçkidə müəyyən uğur qazana bilərmi?
Görəsən, müxalifətin böyük bir hissəsi boykot qərarı verdiyindən Qulamhüseyn Əlibəyli həmin narazı insanların səslərini qazanıb seçkidə müəyyən uğur qazana bilərmi?
«Bu, mənim müstəqil qərarımdır. Nə bununla bağlı hakimiyyətdən təklif almışam, nə də məqsədim görüntü yaratmaqdır. Əlavə şərh verməyəcəyəm. Ancaq kim necə istəyir, o cür də dəyərləndirə bilər…»
Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) tərk edib prezident seçkisində namizədliyini irəli sürmək qərarına gələn Qulamhüseyn Əlibəyli «Azadlıq» radiosuna belə deyib. O, ötən həftənin cümə gününə qədər AXCP Ali Məclisinin sədri idi. Əlibəyli istefasını Xalq Cəbhəsi Partiyasının prezident seçkisini boykot etməsi ilə izah edir. Ancaq hesab edir ki, nə qanunvericilik, nə də ümumilikdə şərait azad və ədalətli seçkilərə imkan verir. Belə olan halda onun özü seçkidə iştirakını necə dəyərləndirir?
Qulamhüseyn Əlibəyli: «Hesab edirəm ki, siyasi partiyalar və ya mənim kimi müstəqil siyasətçilər seçkinin verdiyi imkanlardan istifadə etməlidir. Heç bir şərt irəli sürmədən. Bu da mənim bu istəyi gerçəkləşdirməyimdir».
AXCP-də isə Qulamhüseyn Əlibəylinin bu addımı təəssüflə qarşılanıb. Hər halda partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Həsən Kərimov belə deyir. Onun sözlərinə görə, bu, partiyaya böyük zərbədir. Kərimov deyir ki, Qulamhüseyn Əlibəylinin partiyada xidmətləri böyükdür:
«AXCP-nin tutduğu yol uzun və əzablıdır. Görünür, kimlərinsə gücü, enerjisi bura qədər çatırmış».
Həsən Kərimov bununla belə hesab edir ki, Qulamhüseyn Əlibəylinin prezidentliyə namizədliyini irəli sürməsi hələ seçkinin ciddi alternativlə keçirildiyi anlamına gələ bilməz.
Bəzi müstəqil siyasi təhlilçilər isə hesab edirlər ki, Azərbaycanda müxalifət zəif olsa da, hakimiyyətdən narazı insanlar heç də az deyil. Görəsən, müxalifətin böyük bir hissəsi boykot qərarı verdiyindən Qulamhüseyn Əlibəyli həmin narazı insanların səslərini qazanıb seçkidə müəyyən uğur qazana bilərmi?
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov bunun baş verəcəyinə şübhə edir:
«Problem ondadır ki, şərait yoxdur. Necə ki, Helsinki dinləmələrində deyildi. Azərbaycanda siyasi mübarizə üçün meydan yoxdur. Meydan olmayanda da narazı elektorat passivləşir. Çünki başa düşürlər ki, kimin prosesə qatılmasından asılı olmayaraq onların maraqları təmin edilməyəcək».
Rauf Mirqədirov deyir ki, Azərbaycanda azad və ədalətli seçkilər istəyən insanlar əvvəlcə mübarizə üçün meydan yaratmalıdırlar. Əks halda onun fikrincə, prosesi qabağa aparmaq çətin olacaq.
XS
SM
MD
LG