Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:34

Gürcüstan ABŞ-a müraciət edib


Bundan öncə Rusiya Saakaşvilinin danışıqlar təklifini rədd edib
Gürcüstan Rusiya ilə münaqişədə vasitəçi kimi çıxış etmək üçün ABŞ-a müraciət edib. Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya bildirib ki, müraciəti Birləşmiş Ştatların Dövlət katibi Kondaliza Raysa göndərib.
Bundan öncə Rusiya Tbilisinin danışıqlar təklifini rədd edib. Moskva bəyan edib ki, əvvəlcə Gürcüstan bütün qoşunlarını Cənubi Osetiyadan çıxarmalıdır.
Avropa Birliyi, ABŞ və NATO nümayəndələri atışmanı dayandırmaq təşəbbüsü ilə Gürcüstana yola düşüblər.
BMT-nin Baş katibi Ban ki Mun atışmanı dərhal dayandırmağı tələb edib və tərəfləri danışıqlar aparmağa çağırıb.
XS
SM
MD
LG