Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:05

BMT məsləhətləşmələrə başlayıb


BMT Baş katibinin sülhməramlı missiyalar üzrə müavini Edmond Mule deyib ki, münaqişə Abxaziya ərazisinə keçib və abxaz separatçıları gürcü qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb
BMT Baş katibinin sülhməramlı missiyalar üzrə müavini Edmond Mule deyib ki, münaqişə Abxaziya ərazisinə keçib və abxaz separatçıları gürcü qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb
BMT-də Rusiya-Gürcüstan qarşıdurması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr başlayıb.
Birləşmiş Ştatların BMT-dəki səfirinin müavini Alexandro Volf deyib ki, münaqişə genişlənərək, nəzarətdən çıxır. ABŞ Moskvanı hərbi əməliyyatlara son qoyaraq, Gürcüstan ərazisini tərk etməyə çağırıb.
BMT Baş katibinin sülhməramlı missiyalar üzrə müavini Edmond Mule deyib ki, münaqişə Abxaziya ərazisinə keçib və abxaz separatçıları gürcü qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb.
Mule bildirib ki, BMT Abxaziyada Gürcüstanın nəzarət etdiyi Kodor dərəsindən 15 hərbi müşahidəçisini geri çağırıb.
Bu arada Avropa Birliyi münaqişənin Rusiya ilə qurum arasında münasibətləri poza biləcəyi barədə xəbərdarlıq edib.

Avropa Birliyinə prezidentlik edən Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiyanın Gürcüstanın atəşkəs təklifinə razı olmasını gözlədiyini bildirib.
Fransanın Xarici İşlər naziri Bernar Kuşnerin bölgəyə səfər edib, sülh planı təqdim edəcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG