Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

«Təcavüz. Bunun başqa adı yoxdur»


Rusiya hərbçiləri Sxinvaliyə yürüş edirlər, 9 avqust 2008
Rusiya hərbçiləri Sxinvaliyə yürüş edirlər, 9 avqust 2008
Avqustun 9-da «İşdən sonra» verilişinin xüsusi buraxılışı Gürcüstanda baş verən hadisələrə həsr edilmişdi. Qonaqlarımız - politoloqlar Rasim Musabəyov, Vəfa Quluzadə və Əvəz Həsənov qonşu dövlətdə baş verənlərə öz qiymətlərini verdilər.

Vəfa Quluzadə bunu «Rusiyanın Gürcüstana təcavüzü» kimi qiymətləndirdi: «Bunun başqa adı yoxdur. Rusiya separatçı qurum yaradıb. Gürcüstan da indi orda qayda-qanun yaratmaq istəyir. Rusiyanın buna nə dəxli var? Onda belə çıxır ki, dünyada harada rus varsa, Rusiya ora qoşun yeridəcək?»

Rasim Musabəyov bildirdi ki, gərək Azərbaycan Gürcüstana bacardığı qədər kömək etsin: «Gürcüstan indi öz ərazi bütövlüyü uğrunda deyil, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparır... Hətta yanacaqla da kömək etmək lazımdır».

Əvəz Həsənov dedi ki, indi Gürcüstanda ictimaiyyət baş verən proseslərdən kənarlaşdırılıb: «İnternet zəif işləyir, telefon xətləri pis. Kimsə indi Osetiyaya insani kömək etməlidir. İstər Rusiya, istər Ermənistan, istərsə də Gürcüstan. Əgər bu yardımı Rusiya etsə, dünya ictimaiyyəti bu hərəkətinə görə onları alqışlayacaq».

Verilişdə «Azadlıq» radiosunun Amerikadakı müxbiri Qorxmaz Əsgərovla da əlaqə saxladıq. O da bildirdi ki, yerli media baş verənləri Rusiyanın təcavüzü kimi qiymətləndirir.

Ətraflı verilişin audiosunda

Buna da bax:

XS
SM
MD
LG