Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:53

«Biz bu ağılsızlığa son qoymalıyıq»


Cənubi Osetiya sakinləri sığınacağa qaçırlar
Cənubi Osetiya sakinləri sığınacağa qaçırlar
«Hərbi qarşıdurma nə Gürcüstanın, nə də Rusiyanın marağındadır».

Bunu Mixail Saakaşvili Tbilisidəki Respublika Xəstəxanasında deyib. O, Litvanın Xarici İşlər naziri Petras Vaytekunasla birlikdə Qori şəhərinin bombalanması zamanı yaralananlara baş çəkib.

M. Saakaşvili deyib ki, Gürcüstan Sxinvali regionunda atəşi dayandırmağa və Rusiya ilə danışıqlara başlamağa hazırdır.

«Mən Rusiya prezidenti Dmitri Medvedevə atəşi dayandırmaq üçün müraciət edirəm. Baş verənlər nə Rusiya, nə də Gürcüstanın marağındadır. Biz bu ağılsızlığa son qoymalıyıq», – deyə Saakavili bildirib.

Bununla belə, Gürcüstan prezidenti Rusiyanın hərəkətlərini «azadlıq və müstəqilliyə qarşı hərbi avantüra» kimi qiymətləndirib.

***

Rusiyanın Baş naziri Vladimir Putin Cənubi Osetiyadan olan qaçqınlara yardım məsələlərini müzakirə etmək üçün Vladiqafqaza gəlib. O deyib ki, «Cənubi Osetiyada baş verənlər osetin xalqının soyqırımıdır».

***

«Bir neçə saat əvvəl Rusiyanın Qara Dəniz donanması Gürcüstanın suveren Abxaziya ərazisinə təcavüz edib. Üç saat əvvəl Rusiya qoşunları və Rusiyanın ağır texnikası Yuxarı Abxaziyaya, Kodor dərəsinə hücuma başlayıb».

Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib.

Abxaz tərəfi məlumatı təsdiqləyib.

«Bizim aviasiya hazırda Gürcüstanın nəzarət etdiyi Kodor dərəsinin yuxarı hissəsində əməliyyat keçirir» – deyə tanınmamış Abxaziyanın prezidenti Sergey Baqapş «İnterfax»a bildirib.

***

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə hərbi vəziyyət elan edib. Bu, Milli Təhlükəsizlik Şurasının iclasında bəyan edilib.

Cənubi Osetiyada gürcü və rus hərbçiləri arasında toqquşmalar davam edir.

Rusiya quru qoşunlarının Baş komandanı Vladimir Boldırev deyib ki, Sxinvali gürcü birləşmələrindən azad edilib. Bu məlumat müstəqil mənbələrdən təsdiqlənmir.

Gürcüstan hökuməti Rusiya aviasiyasının ölkənin müxtəlif rayonlarını bombardman etdiyini bildirir.

Rusiya Müdafiə Nazirliyi iki təyyarənin itirildiyini təsdiqləyib. Gürcüstan KİV-ləri pilotlardan birinin öldüyünü, ikincisinin isə əsir götürülərək dindirildiyini xəbər verir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, döyüşlər zamanı Cənubi Osetiyada əksəriyyəti dinc sakinlər olmaqla min beş yüzə qədər insan həlak olub. Gürcüstan tərəfi ölənlərin sayının xeyli az olduğunu deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG