Keçid linkləri

2018, 19 Yanvar, Cümə, Bakı vaxtı 09:55

Qulamhüseyn Əlibəyli namizəd ola bilər


Qulamhüseyn Əlibəyli
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli prezidentliyə namizəd ola bilər.

Bu barədə o, «Day.az» saytına bildirib. Keçmiş AXCP-çi deyib ki, o, bu məsələ ilə bağlı mövqeyini avqustun 11-də açıqlayacaq.

Q. Əlibəyli avqustun 8-də AXCP sıralarını tərk edib. O, bunu partiyanın prezident seçkisini boykot etməsi ilə əlaqələndirib: «Mən bu prosesdə iştirakın tərəfdarıyam».

Günün bütün mövzuları

XS
SM
MD
LG