Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 15:47

Eldar Namazov da seçkini boykot etdi


Eldar Namazov
Eldar Namazov
«Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov prezident seçkisinə qatılmır.

Bu haqda «Azadlıq» radiosuna onun özü məlumat verib.

E.Namazov deyib ki, seçkiyə qatılmamasına bir neçə əsas səbəb olub. Bunlardan birincisi, Seçki Məcəlləsinə edilən antidemokratik dəyişikliklərdir.

Başqa bir səbəb isə səslərin paralel sayılma məsələsinə hakimiyyətin imkan verməməsidir:
«Belədə namizədlərin qazandığı səslərin alternativ hesablanmasının cəmiyyətə çatdırılması imkanı olmayacaq».
E.Namazovun sözlərinə görə, üçüncü səbəb isə müxalifət düşərgəsindən bu seçkiyə qatılacağı gözlənilən bütün digər namizədlərin boykot yolunu tutmasıdır.

Bundan əvvəl üç partiyanın birləşdiyi «Azadlıq» bloku, Müsavat, ADP və başqa bir sıra partiyalar da seçkiyə qatılmayacaqlarını bildiriblər.

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 15-də keçiriləcək.
XS
SM
MD
LG