Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:59

Rus tankları Cənubi Osetiyaya daxil olub


Rus tankları Cənubi Osetiyaya istiqamət götürür
Rus tankları Cənubi Osetiyaya istiqamət götürür
«Sülhməramlılara yardım üçün regiona əlavə qüvvələr göndərilib. Bu da qan tökülməsinin dayandırılmasına kömək edəcək»-, Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatında belə deyilir.
«Hazırda Cənubi Osetiyada olan Rusiya sülhməramlıları, Rusiya vətəndaşları və tanınmamış respublikanın öz vətəndaşlarına lazımi kömək göstəriləcək. Həmvətənlərimiz və sülhməramlıları öldürülməsinə yol verilməyək»-, bu da Nazirliyin bəyanında göstərilib.
***
Gürcüstan hökuməti Cənubi Osetiyada mülki əhalinin döyüş gedən əraziləri tərk etməsi üçün üç saatlıq atəşkəs elan edib. Atəşkəs yerli vaxtla saat 15.00-da qüvvəyə minib.
Gürcüstan rəsmiləri qaçqınların münaqişə zonasından çıxmasına imkan yaradılmasını istəyir.

Prezident Mixail Saakaşvili Cənubi Osetiyanın böyük hissəsinin tutulduğunu bəyan edib.

***
Gürcü əsgərləri Cənubi Osetiyanın paytaxtı Sxinvaliyə daxil olublar.
Gürcüstanın Daxili İşlər Nazirliyi Rusiyanın ölkənin hava sərhədini pozduğunu və Qori şəhərinə bir neçə bomba atdığını bildirib.

Gürcüstan prezidenti Mixail Saakaşvili səhər televiziyayla müraciətində ehtiyatda olan hərbçilərlə bağlı səfərbərlik elan etdiyini deyib.

Rusiya prezidenti Dmitri Medvedyev Təhlükəsizlik Şurasınlın təcili iclasını çağırıb.

Rusiya həmçinin Osetiyadakı vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasını istəyib. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin ofisindən deyiblər ki, müzakirələr yaxın saatlarda keçirməlidir.
Gürcüstan hökumətinin bəyanatında isə bildirilir ki, Tbilisi Cənubi Osetiyadakı etnik gürcüləri qorumaq üçün adekvat ölçü götürməyə məcbur olub.
***
Bu arada isə Amerika gürcü və osetin tərəfini atəşi dayandırmağa çağırıb. Gürcüstanın «Rustavi 2» televiziyasına müsahibəsində bunu Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Metyu Brayza deyib. Brayza bildirib ki, hazırkı dövrdə bizim edə biləcəyimiz yalnız tərəfləri atəşi dayandırmağa çağırmaqdır. Biz başa düşürük ki,
Gürcüstan hökuməti xalqı qorumalıdır, ancaq bu vəziyyətdə əsas atəşi dayandırmaqdır.

Cənubi Osetiyadakı vəziyyətlə bağlı BMT baş katibi Ban ki Mun da öz narahatlığını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG