Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:01

Prezident impiçment oluna bilər


Pakistanda koalisiya prezident Pərviz Müşərrəfə qarşı impiçment barədə razılığa gəlib. Razılığa görə koalisiya gələn həftə parlamentə müraciət edəcək.

Pakistanın İnformasiya Nazirliyindən verilən məlumata görə koalisiya liderləri impiçment barədə təklifin layihəsini avqustun 7-də tam təsdiqləyəcəklər.

Pakistanda keçirilən son parlament seçkilərində müxalifət qalib gəlib və iqtidar partiyası sarsıdıcı məğlubiyyətə uğrayıb. İki iri müxalifət partiyası-sabiq baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlman Liqası və mərhum Bənazir Bhuttonun Xalq Partiyası səslərin təxminən üçdə ikisini toplayıblar.
XS
SM
MD
LG