Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərdən qeydiyyatın ilk mərhələsindən keçənlərin adlarını açıqlayıb. Bu, Komissiyanın avqustun 7-də keçirilən iclasında məlum olub.
Qeydiyyatın ilk mərhələsindən keçənlər Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, «Ümid» Partiyasının sədri İqbal Ağazadə, namizədliyi özü tərəfindən irəli sürülmüş Yaşar Əhmədov, Vüqar Seyidov, Əlimuxtar Əkbərov və Sevinc Quliyevadır.
Bu şəxslər sentyabrın 5-nə qədər seçicilərin imzalarını toplamalıdırlar.
Prezidentliyə namizədliyin qeydə alınması üçün ən azı 40 min seçici imzasını toplamaq tələb olunur.
Qeydiyyatın ilk mərhələsindən keçmək üçün MSK-ya müraciət edənlərin sayı 11 nəfər idi.