Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:44

Qəbul imtahanlarının nəticəsi bəlli oldu


Builki qəbul imtahanlarında 120 minə yaxın abituriyent sənəd vermişdi
Avqustun 6-da Azərbaycan ali məktəblərinə qəbul imtahanlarının nəticəsi bəlli oldu. Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Elnur Nağızadə verib. Abituriyentlər ali məktəblərə qəbul olub-olmadıqlarını bilmək üçün komissiyanın internet saytına girməli (www.tqdk.gov.az ), öz şifrələrini daxil eləməlidirlər.
Builki qəbul imtahanlarında iştirak etmək üçün 120 minə yaxın abituriyent sənəd vermişdi. Hər il olduğu kimi bu ildə III ixtisas qrupu üzrə daha çox iddiaçı olub.

Bu il 28132 dövlət plan yerinə 26571 abituriyent qəbul olub. Qəbul planı 94,5 % dolub. Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 5-ci sayında dərc olunacaq.
XS
SM
MD
LG