Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

«Bu ilki seçki mümkün kritik həddi aşıb»


«Bu ilki seçkilər əvvəlkilərdən bir çox parametrlərinə görə fərqlənir»
«Bu ilki seçkilər əvvəlkilərdən bir çox parametrlərinə görə fərqlənir»
Azərbaycanda oktyabrda keçirilməsi nəzərdə tutulan seçkidə hakimiyyətin müxalifətdən alternativinin olmayacağı ötən həftə bir sıra partiyaların seçkiyə qatılmamaq barədə qərar çıxarmasından sonra qətiləşdi. Bir çox siyasi ekspertlər müxalifətin boykot qərarı verməsini ölkədəki situasiyaya adekvat sayırlar.
Onların fikrincə, siyasi azadlıqların məhdudlaşdırıldığı, sərbəst toplaşmaq azadlığına şəraitin yaradılmadığı, Seçki Məcəlləsinin mürtəceləşdirildiyi, söz və mətbuat azadlığının basqılara məruz qaldığı şəraitdə seçkiyə qatılmağın heç bir əhəmiyyəti yoxdur. Ekspert Zəfər Quliyev də bu fikirdədir. Z.Quliyevin fikrincə, müxalifətin hazırkı şərtlərlə seçkiyə qatılması ona heç bir mənfəət verməyəcəkdi:

«Mən əvvəllər seçkini boykot etməyin tərəfdarı deyildim. Və düşünürdüm ki, demokratik müxalifət seçki prosesində iştirak etməklə, mövqeyini ortaya qoymalıdır. Lakin bu ilki seçkilər əvvəlkilərdən bir çox parametrlərinə görə fərqlənir. Əslində əvvəlki seçkilər də demokratik standartlara tam cavab vermirdi. Lakin müəyyən bir kritik hədd var». «Azadlıq» qəzetinə müsahibəsində ekspert Zəfər Quliyev belə deyib.

«Müxalifət sona qədər prinsipial mövqedə dayansa və müxalifətin bütün aparıcı liderləri sona qədər seçkidə iştirakdan imtina etsələr, bu müəyyən nəticələr verə bilər. Amma müxalifət imkan daxilində çalışmalıdır ki, seçkinin tam anti-demokratikliyini həm ölkə cəmiyyətinə, həm də beynəlxalq təşkilatlara çatdıra bilsin»-, ekspert belə düşünür.

«Rusiyada yaşayan azərbaycanlı milyonçu Araz Ağalarov Abşeron yarımadasında, Xəzər sahilində yeni kurort kompleksi yaratmaq qərarına gəlib. Ağalarov bu layihənin reallaşması üçün 1 milyard dollar ayıracaq». Bunu «Yeni Müsavat» yazıb.
«Azərbaycanda əla təbiət, su, müalicəvi kurortlar var. Xəzər dənizinin suyunda duzun miqdarı zəifdir və dəri üçün çox faydalıdır. Əgər hər şey məntiq və ağılla edilərsə, rusiyalılar ora dincəlməyə gedər. İlkin dönəmdə isə bizə 8 milyon əhalisi olan Azərbaycan da bəsdir». Bu barədə layihənin ideya müəllifləri deyiblər.

«Yeni Azərbaycan» yazır ki, «Azərbaycan inkişaf dinamikasına görə MDB-də liderdir». «Azərbaycan digər makroiqtisadi göstəricilərin səviyyəsinə görə, məsələn, xarici ölkələrdə ticarət münasibətlərinin, daxili investisiyaların, kənd təsərrüfatında və sənayedə istehsalın, tikinti, rabitə, nəqliyyat və digər göstəricilərin miqyasına görəndə MDB dövlətlərinin əksəriyyətini geridə qoyur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG