Türk xəbər agentliklərinin yaydığı məlumata görə partlayış kəmərin Türkiyə hissəsində Ərzincan vilayətində baş verib. Partlayışdan sonra yanğın olub, alovun hündürlüyü 50 metrə çatıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım maşınları, yerli bələdiyyə orqanı işçiləri gedib. Yanğın söndürülüb. Rəsmilərin dediyinə görə ətrafa ziyan dəyməyib. Amma yeni partlayış təhlükəsi var.
Boruda neftin nəqli dayandırılıb. Ərzincanda BTC-nin yaxınlığından keçən qaz kəmərinin də fəaliyyəti dayandırılıb.
Partlayışın səbəbi araşdırılır.
Türkiyə ərazisindən BTC-nin 1000 kilometrdən çox hissəsi keçir. Kəmərlə «Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından Ceyhan limanına xam neft ixrac olunur.