Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

«Güclü bahalaşma olacaq»


«Sentyabr-oktyabrda bahalaşma prosesi sürətlənəcək»
«Sentyabr-oktyabrda bahalaşma prosesi sürətlənəcək»
Azərbaycan hökumətinin proqnozları bu il də özünü doğrultmadı. 2008-ci il üçün 16 faizlik inflyasiya gözlənildiyi halda, bu rəqəm artıq 20 faizi keçib. İlin sonuna isə hökumət 23 faizlik inflyasiya gözləyir. Antiinflyasiya tədbirlərinin qənaətbəxş olmadığı halda, bu iddianın nədən doğduğu maraqlıdır. Bu barədə «Bizim Yol» yazıb.
İqtisadi Tədqiqatlar Mərkəzinin sədr müavini Vüsal Qasımlı bildirir ki, bu gün inflyasiyanın qarşısını alan mövsümi amildir: «Yayda kənd təsərrüfatı məhsullarının satışa çıxarılması ilə əlaqədar olaraq bahalaşma səngiyib. Sentyabr-oktyabrda bahalaşma prosesi sürətlənəcək. Bu aylarda əməkhaqlarında, pensiyalarda və ünvanlı sosial yardımlarda da artım gözlənilir. Bu vəsaitlərin ümumi dövriyyədəki pul kütləsinə əlavə olunması inflyasiyanın artacağına işarədir».
«Yollarda qırılırıq»-, «Ekspress»in bu məqaləsi son dövrlər artan yol qəzaları ilə bağlıdır. Qəzet yazır ki, son bir-iki gündə Şəkidə bir ailənin 3 üzvü, Lənkəranda bir ailənin 3 üzvü, Naxçıvanda isə biri əsgər olmaqla 3 nəfər yol qəzasında həlak olub.
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı qərarı avqustun 9-da qəbul edəcək.
«Yeni Müsavat» yazır ki, E.Namazov seçki kampaniyasında iştirak edəcək, imza toplayacaq şəxslərlə müzakirə apararaq yaranmış vəziyyəti qiymətləndirib.
«Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır»-, hakim partiyanın orqanı olan «Yeni Azərbaycan» qəzeti belə yazıb. Sözügedən məqalədə daha sonra yazılır: «Təəssüflə qeyd olunmalıdır ki, Avropa İttifaqı ilə əməkdaşlıq iqtisadi –siyasi məsələlərdə qazandırdığı dividentləri Dağlıq Qarabağ münaqişəsinə şamil etmək olmaz».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG