Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 06:23

İlham Əliyev və İqbal Ağazadə MSK-ya müraciət edib


Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin və «Ümid» Partiyasının sədri İqbal Ağazadənin səlahiyyətli nümayəndələri həmin şəxslərin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması ilə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə «Turan»a MSK Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev bildirib.

Onun sözlərinə görə, hər iki şəxsin sənədləri avqustun 2-də MSK-ya daxil olub.

Qanunvericiliyə görə, MSK beş gün müddətində irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. İrəli sürülmüş namizəd təsdiq edildikdən sonra ona seçici imzaları toplamaq üçün imza vərəqələri təqdim olunur.
XS
SM
MD
LG