Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 17:40

Nümayəndə heyətinin rəhbərliyi Pekindədir


Azərbaycanı Pekin olimpiadasında 44 idmançı təmsil edir
Azərbaycanı Pekin olimpiadasında 44 idmançı təmsil edir
Azərbaycanın Yay Olimpiya Oyunlarındakı nümayəndə heyətinin rəhbəri və köməkçiləri artıq Pekindədirlər. Azərbaycan idmançıları Pekinə ayın 6-da, Olimpiadaya 2 gün qalmış gedəcəklər. Bu barədə «Azadlıq» radiosuna Milli Olimpiya Komitəsindən Cəmaləddin Rəhmanov məlumat verib.

O, bildirib ki, azərbaycanlı idmançılar da bütün iştirakçılar üçün nəzərdə tutulmuş Olimpiya kəndində yerləşəcək. Avqustun 7-də olimpiya kəndində Azərbaycan bayrağı qaldırılacaq.

Avqustun 10-da isə Pekində Azərbaycan günü keçiriləcək.

Azərbaycanı Pekin olimpiadasında 44 idmançı təmsil edir.
XS
SM
MD
LG