Ölkə futbol çempionatının yeni mövsümünün startına az qalmış daha bir klubda məşqçi istefası reallaşıb. Belə ki, türkiyəli mütəxəssis Rasim Kara «Qarabağ»ın baş məşqçi postunu tərk edərək «Xəzər-Lənkəran»da eyni vəzifəni tutub.
Ağdam klubunun isə yeni mövsümə Qurban Qurbanovun rəhbərliyi altında başlayacağı güman olunur.