Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 19:15

ADP seçkidə iştirak etməyəcək


ADP Ali Məclisinin iclası
ADP Ali Məclisinin iclası
Avqustun 2-də Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisi partiyanın qarşıdan gələn prezident seçkisinə qatılmaması ilə bağlı qərar qəbul edib.

Partiya sədri Sərdar Cəlaloğlu bunu Azərbaycanın milli maraqlarının əsas götürülməsi kimi izah edir. O bildirir ki, bu qərar beynəlxalq birlik qarşısında öz öhdəliklərini yerinə yetirməyən Azərbaycan hökumətinin məsuliyyətini bir qədər də artıracaq.

Müzakirələr yetərincə qızğın keçib. Xeyli sayda ADP üzvü israrla tələb edirdi ki, partiya seçkiyə qatılsın. Amma sonda böyük səs çoxluğu ilə partiyanın seçkiyə qatılmaması ilə bağlı qərar qəbul olunub.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
XS
SM
MD
LG