Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:38

Azərbaycan kinosu 110 yaşında


«Bibiheybətdə neft fontanı yanğını»
Avqustun 2-də Azərbaycan kinosunun 110 yaşı tamam olur.

İndiyə qədər Azərbaycanda 3000-dən artıq film istehsal olunub.

Bir neçə il bundan əvvəl Azərbaycan kinosu tarixi 1916-cı ildən («Neft və milyonlar səltənətində») hesablanırdı. Lakin sənətşünas-alim Aydın Kazımov Moskvadakı Lenin adına Kitabxanadan tapıb əldə etdiyi sənədlə Azərbaycan kinosunun tarixini dəqiqləşdirib 18 il irəli çəkdi.

İlk Azərbaycan filmi Bakıda 25 ildən artıq yaşayıb yaratmış fotoqraf və kinooperator A.M.Mişon tərəfindən çəkilib. Onun çəkdiyi «Bibiheybətdə neft fontanı yanğını» və «Balaxanı neft mədənində fontan» xronikal filmləri 1898-ci il avqustun 2-də nümayiş olunub. Həmin filmlər hazırda Beynəlxalq Kino Arxivləri Federasiyasında saxlanılır. Beləliklə, Azərbaycan kinosunun yaşı 1898-ci il avqustun 2-dən hesablanır.
XS
SM
MD
LG