Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

«Olimpik» və «Xəzər-Lənkəran» UEFA Kuboku ilə vidalaşdı


UEFA Kubokunda Azərbaycanı təmsil edən «Olimpik» və «Xəzər-Lənkəran» yarışların ilkin təsnifat mərhələsində mübarizəni dayandırdı.

İyulun 31-də Bakıda və Polşada keçirilən oyunlarda belə hesablar qeydə alınıb:

«Olimpik» (Bakı) – «Voyvodina» (Novi Sad, Serbiya) – 1:1 (ilk oyun 1:0)

Qollar: Bəşir Müqədi («Olimpik», 50-ci dəqiqə) İqor Dyuriç (86-cı dəqiqə)

«Lex» (Poznan, Polşa) – «Xəzər-Lənkəran» – 4:1 (ilk oyun 0:1)

Qollar: Semir Stiliç (35-ci dəqiqə), Zaur Ramazanov (44-cü dəqiqə, «Xəzər Lənkəran»), Rafael Muravski (52-ci dəqiqə), Dimitri İnyaç (64-cü dəqiqə), Piotr Reis (83-cü dəqiqə)
XS
SM
MD
LG