Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:59

Seçici siyahılarının ən böyük problemi


«MSK sədri bildirir ki, 1,5 milyon seçicinin adıyla bağlı problemlər var»
«MSK sədri bildirir ki, 1,5 milyon seçicinin adıyla bağlı problemlər var»
MSK sədri Məzahir Pənahov bildirir ki, seçici siyahılarının ən böyük problemi təxminən milyon yarım seçicinin seçki siyahılarında yazılmış adlarının şəxsiyyət vəsiqələrindəki adlarla uyğun gəlməməsidir. Buna daha çox ikili adlarda və bəzi soyadların yazılışında rast gəlinir. Məsələn, pasportda adı «Əlihüseyn» olan vətəndaşın adı seçici siyahısında «Əlhüseyn», «İsmayılov» soyadlı insanın soyadı isə «İsmaylov» kimi yazılıb. MSK sədri dəqiqləşdirmələrin seçki gününə qədər davam edəcəyini deyir. Məzahir Pənahov seçiciləri də bu işdə fəal olmağa çağırır.

Vətəndaşların bu işdə nə qədər aktiv olduğunu Bakının Nəsimi rayonu ərazisində yerləşən 120 saylı Qubadlı-Cəbrayıl Seçki Dairəsindən öyrənməyə çalışdıq. Dairə Seçki Komissiyasının üzvü Fəxrəddin Sultanov deyir ki, seçicilər ara-sıra seçki dairəsinə gəlib siyahıda adlarının olub-olmamadığını yoxlayır:

«- MSK sədri bildirir ki, 1,5 milyon seçicinin adıyla bağlı problemlər var. Sizin dairədə belə hallar aşkarlanıb?
- Yox. Bizdə belə fakt olmayıb. Biz seçicilərin hamısını adbaad tanıyırıq. Hamısı eyni adamlardır.
- Artıq seçki prosesi başlayıb. Hazırlıq işləri necə gedir?
- Hələ bir iş yoxdur. Bizdə seçici siyahıları asılıb. Komissiya üzvləri də gəlib-gedirlər.
- Bəs texniki problemlərin həll olunması ilə bağlı hər hansı addım atılıb?
- O barədə bir söz deyə bilmərəm».

Artıq bir aya yaxındır telekanallarda MSK-nın təbliğat çarxları verilir. Çarxlarda vətəndaşlara internet vasitəsilə adlarının seçki siyahılarında yoxlamaq qaydası öyrədilir. Bakının mərkəzindəki İnternet klublarından birində şəhər sakinlərindən bu imkandan necə yararlandıqlarını soruşduq.

«- Xeyir, dəqiqləşdirməmişəm;
- Niyə maraqlanmırsınız?
- Siyasi proseslərə marağım yoxdur. Ona görə ki, seçkilər şəffaf keçirilmir. Nə mənası var getməyin? Onsuz da kim gərəkdir, onu da seçəcəklər.
- Mən heç seçki məntəqəsinin yerini dəqiqləşdirməmişəm, o ki qala seçici siyahısında adımın olub-olmadığını.
- Niyə maraqlanmırsınız?
- Sözün açığı qabaqlar bizim seçki məntəqəsi mənzil istismar idarəsində (MİS) yerləşirdi. Sonra MİS-i köçürüb yerində hündür mərtəbəli bina tikdilər. İndi bilmirəm məntəqəmiz hardadır. Öncə gərək məntəqəni tapam. Onsuz da səsi internetdə verməyəcəyəm ki…
- Sözün açığı hələ dəqiqləşdirməmişəm. Siyasi proseslərə marağım yoxdur. Həm də seçki faktiki alternativsiz keçəcək. Getməyin nə mənası?»

Bakı küçələrində apardığımız sorğu da seçki prosesinin başlanmasına baxmayaraq vətəndaşların bundan xəbərsiz olduğunu göstərdi.

Beynəlxalq qurumların seçki prosesinin şəffaflaşdırılması ilə bağlı Azərbaycana verdiyi təkliflər sırasında seçici siyahılarının dəqiqliklə tərtib olunmasının vacibliyi də yer alır. Sonuncu parlament seçkilərində seçici siyahılarındakı problemlər xeyli vətəndaşın seçki hüququndan yararlana bilməməsinə səbəb olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG