Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

«Azadlıq» radiosu Rumıniyanın ali mükafatını aldı


«Azad Avropa/Azadlıq» radiolarının prezidenti Ceff Qedmin (sağda) və prezident Basesku, 30 iyul 2008
«Azad Avropa/Azadlıq» radiolarının prezidenti Ceff Qedmin (sağda) və prezident Basesku, 30 iyul 2008
İyulun 30-da Rumıniya prezidenti Trayan Basesku «Azadlıq» və BBC radiolarına «Mədəniyyətdə Xidmət Ali Kavaleri» («High Commander of Cultural Merit») mükafatını təqdim edib.

Radiolar bu mükafata Rumıniya xalqını senzurasız xəbərlər və informasiya ilə təmin etdiyinə görə layiq görülüb.

«Bu iki radio 50 ildən çoxdur ki, hakim təbliğatın əksinə olaraq həqiqət uğrunda mübarizədədir». Basesku belə deyib. «Bu radiolar qəhrəmancasına mübarizə aparaq rumınların öz həqiqətlərini görməsi üçün pəncərə açıblar».

Prezident 1989-cu ilin dekabrında Nikolaye Çauşeskunun kommunist rejiminin devrilməsində radioların töhfəsini «xüsusilə vacib» adlandırıb.

«Azadlıq» radiosunun Rumıniya xidməti 2008-ci ilin avqustun 1-dən fəaliyyətini dayandırır.

Mükafat Buxarestdə «Azadlıq» radiosunun prezidenti Ceff Qedmin və BBC-nin Rumıniya Departamentinin rəhbəri Razvan Skortiyə verilib.

Təltifolunma mərasimində çıxış edən cənab Qedmin bildirib ki, «Azadlıq» radiosunun yüzlərlə jurnalisti təxminən 60 il ərzində öz həyatlarını təhlükə altına qoyaraq Rumıniyanın müstəqil və azad mətbuatı üçün fövqəladə şücaət göstəriblər.

O, bildirib ki, Rumıniya prezidenti və toplantı iştirakçılarının «Azadlıq» radiosunun insanların həyatını necə dəyişməsi ilə bağlı etiraflarını eşidəndə mütəəssir olub.

«Amerikalılar azadlıq uğrunda mübarizənin nə demək olduğunu bizə xatırlatdıqlarına görə rumıniyalı dostlarımıza minnətdardırlar», Qedmin deyib.

«Azadlıq» radiosunun Rumın Xidməti 1950-ci ilin iyulun 14-dən eksperimental yayıma başlayıb, 1951-ci ilin mayın 1-dən isə tam yayımlanır. Radionun Rumın dilində yayımı Moldova və Dnestryanı ərazidə davam etdirəcək.

BBC-nin Rumın Xidməti isə 1939-cu ilin sentyabrın 15-dən yayımlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG