Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 12:58

AKP-nin bağlanması iddiası təmin edilmədi


Səsvermədə 11 hakimdən yalnız 6-sı AKP-nin bağlanmasının lehinə səs verib
Səsvermədə 11 hakimdən yalnız 6-sı AKP-nin bağlanmasının lehinə səs verib
Türkiyənin Konstitusiya Məhkəməsi hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması ilə bağlı baş prokurorun iddiasını təmin etməyib.

Prokuror partiyanın bağlanmasını və prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 nəfərin siyasi fəaliyyətinin qadağan edilməsini tələb edirdi.

Səsvermədə 11 hakimdən yalnız 6-sı AKP-nin bağlanmasının lehinə səs verib. Partiyanın bağlanması üçün 7 səs tələb olunduğu üçün AKP fəaliyyətini davam etdirəcək.
XS
SM
MD
LG