Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Olimpiadada Azərbaycan Bayrağını Fərid Mansurov aparacaq


Pekin Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan Bayrağını Afina Olimpiadasının qızıl medalçısı Fərid Mansurov aparacaq. Gənclər və İdman Nazirliyinin açıqlamasında belə deyilir.

Nazirlik bildirir ki, bu məsuliyyətli işin məhz Yunan-Roma güləşçisinə tapşırılması son illər onun əldə etdiyi nəticələrə görə edilib.

Dörd il əvvəl keçirilmiş olimpiya oyunlarının açılışı zamanı Azərbaycan bayrağını ağır atlet Nizami Paşayev aparmışdı. / ANS /
XS
SM
MD
LG