Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:46

Boşananlar aliment vermək istəmir…


«Erkən yaşda ərə gedən qızlar boşananda, uşaqlarının atalığından boyun qaçırırlar»
«Erkən yaşda ərə gedən qızlar boşananda, uşaqlarının atalığından boyun qaçırırlar»
«Can Bakı» verilişinin iyulun 28-də olan buraxılışında boşanmalar zamanı alimentlərin kəsilməsi və ödənilməsindəki problemlərdən danışılıb.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, indi boşanandan sonra aliment vermək istəməyənlərin sayı artmaqdadır: «Hətta bir dəfə məhkəmədə belə bir hadisə ilə üzləşmişəm. Kişi mülkünü itirməyə razı idi, təki alimenti ödəməsin».

Hüquqşünas Gülər Adıgözəlzadə alimentin kəsilməsi ilə bağlı məhkəmə proseslərindən danışdı. Onun dediyinə görə, indi işləməyən valideynə ən azı 30 manat aliment kəsirlər. Nadir hallarda alimentin məbləği 200 manatı aşır. Rayonlarda isə atalar 6-10 manat arası aliment ödəməyə məhkum edilir ki, çox vaxt bu məbləği də onlardan almaq mümkün olmur.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin hüquq müdafiəçisi Cəmilə Səmədovanın sözlərinə görə, alimenti ödəməkdən boyun qaçıranlar üçün qanunvericilikdə ciddi cəza nəzərdə tutulmayıb. Elə buna görə də uşaqlarının saxlanmasına pul verməkdən imtina edənlərin sayı çoxdur:

«Rayonlarda qızlar erkən yaşda kəbinlə ərə gedir, sonra boşananda da uşaqlarının atalığından boyun qaçırırlar. Hətta bu yaxınlarda bir iş olmuşdu - prokurorluq işçisi bir qız qaçırdıb onu 3-cü arvadı kimi saxlayırdı. Onların birinci uşağı ölmüşdü, ikincisi xəstə doğulmuşdu. Onda da kişi uşağın atalığından imtina etmişdi».

Qonaqlar verilişin sonunda belə yekdil fikir səsləndirdilər ki, alimentin ödənilməsindən yayınmaları aradan qaldırmaq üçün bu sahədə qanunvericiliyi bir qədər sərtləşdirmək lazımdır.

Buna da bax:

XS
SM
MD
LG