Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 21:03

Oğurlanmış incəsənət nümunələri geri qaytarılıb


İtaliya İraqdan oğurlanmış 13 qədim incəsənət nümunəsini geri qaytarıb. Əşyalar Səddam Hüseynin devrilməsindən sonra muzeydən oğurlanmışdı. Onlar İtaliya polisinin xüsusi əməliyyatı zamanı aşkarlanıb.

İtaliyanın baş naziri Silviyo Berluskoni özü şəxsən incəsənət nümunələrini Romada səfərdə olan İraqın baş naziri Nuri Əl Malikiyə təqdim edib. Maliki isə öz növbəsində digər ölkələri də bu cür addımı atmağa çağırıb.
XS
SM
MD
LG