Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

8 jurnalist Avropa Məhkəməsinə şikayət edib


Jurnalistlərin 2007-ci il iyunun 12-də keçirdiyi etiraz aksiyasına polis müdaxiləsi
Jurnalistlərin 2007-ci il iyunun 12-də keçirdiyi etiraz aksiyasına polis müdaxiləsi
2007-ci il iyunun 12-də etiraz aksiyası keçirilmələrinə imkan verilməyən 8 jurnalist Avropa Məhkəməsinə şikayət edib.

Jurnalistlər 2007-ci il iyunun 12-də Bakının Sabir bağında mediaya basqılara etiraz olaraq aksiya keçirməyə cəhd etsələr də, polisin fiziki basqıları ilə üzləşiblər. Media işçiləri piketə müdaxilə edən polis əməkdaşlarına qarşı cinayət işi başlanmasını və hüquqları pozulan jurnalistlərə 10 min manat təzminat ödəməsini istəyiblər. Amma Azərbaycan məhkəmələrinin bütün instansiyaları jurnalistlərin şikayətini rədd edib.

Azərbaycandakı məhkəmələrin qərarlarından narazı qalan səkkiz jurnalist - Rauf Arifoğlu, Azər Ayxan, Etibar Ağayev, Elşad Məmmədli, Zabil Müqabiloğlu, Qənimət Zahid, Şahvələd Çobanoğlu və Mehman Əliyev Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib. Şikayətçilər Azərbaycan qanunvericiliyində, eləcə də Avropa Konvensiyasında nəzərdə tutulan hüquq və azadlıqlarına müdaxilə olunduğunu iddia edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG