Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

«Uşaqlar yenə istirahətsiz qalıb»


«Ölkədə uşaqların istirahətinin təşkili ilə bir neçə dövlət qurumu məşğul olmalıdır»
«Ölkədə uşaqların istirahətinin təşkili ilə bir neçə dövlət qurumu məşğul olmalıdır»
«Orta ümumtəhsil məktəblərində dərs oxumaq əvəzinə küçələrdə alver edən, maşın yuyan, avtobuslara sərnişin haraylayan, yayın istisində şəhərin asfaltında qovrulan cocuqları görəndə gələcəyimizin belə yorğun, hirsli, naümid olmasını istəməzdik». «Ekspress» manşet məqaləsində uşaqların yay aylarında qarşılaşdığı Ən böyük problemdən – onların harada istirahət etməsi məsələsindən yazıb.

«Sovetlər Birliyi dönəmindən qalmış uşaq istirahət düşərgələrinin 99,89%-nin darmadağın edilərək yerlərində əyləncə və istirahət mərkəzləri, qaçqın və məcburi köçkünlərin yaşayın məskənləri, binalar və yollar inşa edildiyi bir dönəmdə fəaliyyətdə olan nadir uşaq düşərgələri ilə sağlamlıq mərkəzlərinin potensialı ölkədə istirahətə ehtiyacı olan uşaqların dincəlməsinin təşkilinə təbii ki, imkan vermir».

İstirahət edən uşaqlar isə adi vətəndaşlardan fərqli olaraq ya «seçilmiş»lərin övladları, ya da iki həftəlik düşərgə istirahəti üçün minimum 180 AZN ödəmək qabiliyyətində olan ata-ananın uşaqlarıdır. Halbuki ölkədə uşaqların istirahətinin təşkili ilə bir yox, bir neçə dövlət qurumu məşğul olmalıdır.

«Banklar iri kreditləri niyə dayandırıb?»-, bu barədə «Bizim Yol» məqalə dərc edib.

Qəzet yazır: «Hakimiyyət böyük həcmli pullar götürən və hökumətin sahibkarlığa basqı siyasətindən bezən insanların sonunda müxalif namizədlərə dəstək verə biləcəyindən narahatdır. Bu məqsədlə banklara iri miqdarda kreditlər verilməsi seçkilərə qədər qadağan edilib». Bu barədə qəzetə məlumat verən mənbənin sözlərinə görə, «prezident seçkilərindən sonra proses yenidən bərpa olunacaq».

«Neftdən gələn gəlirləri daxili problemlərin həllinə yönəltməklə prezident İlham Əliyev ölkədə siyasi sabitliyin qorunmasına, dinamik iqtisadi inkişafın yaranmasına şərait yaradıb. Enerji təhlükəsizliyi, neft və qaz kəmərlərinin qorunması baxımından ölkədə siyasi sabitliyin mövcudluğu olduqca mühüm əhəmiyyət kəsb edir». Bu barədə «Yeni Azərbaycan» yazıb. Bütövlükdə qəzetin ikinci səhifəsini əhatə edən məqalə «Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünya siyasətində aparıcı mövqeyə malikdir» adlanır.

«Seçki Məcəlləsinə son dəyişiklikdən sonra boykota meyillənmişəm»-, bunu «Azadlıq» qəzetinə müsahibəsində millət vəkili Pənah Hüseyn deyib. O, daha sonra bildirib: «Amma bu mövqe bu və ya digər blokun mövqeyini dəstəkləmək kimi qiymətləndirilməməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG