İyulun 22-də Milli Mətbuat Günündə «Azadlıq» radiosunun «Can Bakı» verlişi məhz bu suala cavab axtarıb.
Verlişinin qonaqları tanınmış jurnalistlər İlhamiyyə Rzayeva, Mahal İsmayıloğlu, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid və «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev olublar.
Verlişinin qonaqları tanınmış jurnalistlər İlhamiyyə Rzayeva, Mahal İsmayıloğlu, «525-ci» qəzetin baş redaktoru Rəşad Məcid və «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev olublar.
İlhamiyyə Rzayeva dedi ki, indi Azərbaycanda mətbuat «kor dalana dirənib, dalana gəlib çıxıb»: «Mən hazırda Azərbaycanda müstəqil jurnalistika faktoru görmürəm. Ya iqtidara, ya da müxalifətə xidmət edən mətbuat var, xalqa xidmət edəni yoxdur. Mətbuat addım-addım nüfuzdan salınır. Biz isə bu prosesə müdaxilə edə bilmirik».
Rəşad Məcid hesab edir ki, indi mətbuatımız zəif və gücsüzdür.
Bahəddin Həziyev bildirir ki, mətbuat işçiləri kimi bizim əsas günahımız zəif mətbuat ortaya qoymağımızdır.
Qonaqlar televiziyadakı ab-havadan da danışdılar. Rəşad Məcid televiziyaları bayağı, «əttökən» verilişləri efirə verməkdə ittiham etdi: «Amma ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda olan intellektual güc qalib gələcək və İlhamiyyə xanımı yenidən efirdə görə biləcəyik». İlhamiyyə Rzayeva isə dedi ki, onlar evdə ümumiyyətlə Azərbaycan televiziyalarına baxmırlar: «Çünki bu kanallardakı əksər verilişlər zövqü korlayır, gənclərə çox böyük ziyan vurur, dəyərlər tapdanır».