Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 14:06

Əvvəlcə hakimiyyəti söyüb, sonra tərifləməyin sirri...


Mitinqdə tutulanların həbs müddəti niyə artırılır?
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

Mitinqdə tutulanların həbs müddəti niyə artırılır?

Necə olur ki, etiraz edən, hakimiyyətin siyasətini tənqid edən vətəndaş bir müddət sonrakı ictimai çıxışında tənqidin hədəfini dəyişir və müxalifətə yönəldir?

Məsələn, Bakı sakini Pərvanə Əhmədova, sentyabrın 8-də, Milli Şuranın aksiyasında prezident İlham Əliyevi kəskin tənqid edir, sosial şəbəkədə sürətlə məşhurlaşır:

"Alo. Qarabağda Paşinyan at oynadır e. Hanı İlhamla Qarabağ?!"

Bu videodan sonra jurnalistlər Pərvanə Əhmədovanı tapa bilmir. Daha sonra internetdə Pərvanə Əhmədovanın videosu yayılır. Bildirir ki, ona qarşı heç bir təzyiq edilməyib. Bu dəfə o, prezidentə yox, müxalifətə səslənir:

"Müxalifətin nəzərinə çatdırıram. Alo. Bəsdirin, məni öz oyunlarınıza alət etməyin”.

Və ya... sentyabrın sonlarında Qarabağ veteranları Bakıda SOCAR-ın əməkdaşlarına etiraz edirlər, deyirlər ki, onların ev tikməsinə mane olurlar.

Oktyabrında 4-də isə hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Çingiz Qənizadənin iştirakı ilə mətbuat konfransı keçirilir və etiraz edən veteranlar deyir ki, müxalifət onlardan istifadə edir:

“Nə ad qoymaq istəyirlər müxalif qüvvələr... bizə. O mümkün olan şey deyil…”

Hakimiyyət adamları ələ alır

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, indiyə qədər etirazçıları daha çox təzyiqlə susduran hakimiyyət, indi sanki onları dilə tutmağa, öz tərəfinə çəkməyə çalışır.

Amma deputat Çingiz Qənizadə hesab edir ki, məsələn, SOCAR və Qarabağ veteranları ilə bağlı məsələdə, veteranları dövlətə qarşı istifadə etmək istəyənlər vardı:

"Biz bu gün Azərbaycanda tam sabit və təhlükəsiz şəraitdə yaşayırıq. Baxmayaraq ki, müharibə şəraitindəyik. Belə bir dövrdə Qarabağ qazilərinin dövləti dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".

Axırıncı dəfə nəyə etiraz etmisiz?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

"Nə belə hakimiyyətin, nə də belə cəmiyyətin axırı var"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə bildirir ki, etirazlar çoxalsa, hakimiyyət adamları tək-tək ələ almaq yanaşmasını davam etdirə bilməyəcək, çünki hər kəsin obrazlı desək, könlünü almağa resurs çatmayacaq:

“Bu cəmiyyətin axırı yoxdur, bu hakimiyyətin axırı yoxdur. Bu, onların acizliyini, hakimiyyətin səmərəsizliyini, siyasətlərinin yalan və rüşvət üzərində qurulduğununu göstərir. Düşünən insan bu prosesi belə anlayır, düşünməyən insanın isə prosesə təsiri yoxdur”.

Zərdüşt Əlizadə deyir ki, əslində, demokratik cəmiyyətlərdə, hakimiyyət xalqın narazılığını sağlam formada nəzərə almalıdır və onunla sağlam danışıqlara getməlidir, bu danışıqların nəticəsi isə tək-tək adamların tələbinin yox, əsaslı islahat olmalıdır.

Bəzi beynəlxalq insan haqları təşkilatları, o cümlədən, Freedom House hesab edir ki, Azərbaycanda bəzi fundamental azadlıqlar məhdudlaşdırılır, etirazçıları susdurur. Qurum ölkəni qeyri-azad hesab edir. Hakimiyyət bu qiymətləndirmə ilə razı deyil.

XS
SM
MD
LG