Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Əsir düşən Ermənistan hərbçiləri ilə bağlı danışıqlar gedir (VIDEO)


Ermənistanda əsir əsgərlərin valideynləri rəsmilərin yaxasını buraxmır...
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

Ermənistanda əsir əsgərlərin valideynləri rəsmilərin yaxasını buraxmır...

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun xəbərinə görə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan dekabrın 17-də keçirilən hökumət müşavirəsində bu yaxınlarda Azərbayanın Hadrut qəsəbəsi yaxınlığındakı Çaylaqqala kəndinin mövqelərində əsir düşmüş erməni hərbçilərlə bağlı məsələyə toxunub.

O bildirib ki, əsirlərlə bağlı məlumatlar dəqiqləşdirilir və Azərbaycan tərəfi ilə danışıqları Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Onik Qasparyan aparır.

Avinyan bildirib ki, baş qərargah rəisi hazırda bu məsələni yerində həll etmək üçün Qarabağdadır.

Baş nazirin müavini deyib ki, əsirlər məsələsi ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılır və yaxın müddətdə vəziyyətə aydınlıq gətiriləcəyi gözlənilir.

Azatutyunun yazdığına görə, Dağlıq Qarabağdan dünən verilən xəbərlərdə deyilirdi ki, hələlik naməlum şəraitdə Hadrutun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətindəki bir neçə mövqedə erməni hərbçilərlə rabitə itib.

Bunun ardınca erməni tərəfi Köhnə Tağlar və Çaylaqqala kəndlərindəki 73 hərbçinin taleyi barədə heç bir məlumatın olmadığını bildirmişdi.

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Əsirlər Ermənistanın Şirak vilayətindəndir

Azatutyun bildirir ki, Çaylaqqalada əsir düşənlər əsasən Ermənistan Respublikasının Şirak vilayətindən hərbi xidmətə çağırılanlar olub.

Bu da xəbər verilir ki, əsir düşənlərin qohumları dekabrın 16-da Şirakda yolları bağlayıblar və hakimiyyətdən izahat tələb ediblər.

Şirak vilayətindəki Azatan kəndinin sakinləri deyirlər ki, onların kəndindən 6 nəfər əsir düşüb. Valideynlərdən bəzilərinin Qarabağa yollandığı xəbər verilir.

Azatan kəndinin başçısı Vardan İkilikyan Azatutyuna deyib ki, valideynlərdən ikisinə danışıqlar prosesində iştirak etmək üçün icazə verilib.

İkilikyanın sözlərinə görə Azərbaycan Rusiya sülhməramlılarına deyib ki, “silahlı ermənilər Azərbaycan ərazisinə daxil olublar, bu isə cinayət əməlidir və onların barəsində cinayət işi qaldırılacaq”.

Azatutyunun məlumatına görə Rusiya sülhməramlıları tərəflər arasında razılaşmanın əldə olunması üçün üç gün vaxt veriləcəyini deyiblər.

Xəbər verilir ki, dekabrın 17-də Şirak qubernatoru Qırmızı Xaçın və Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG