Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Azərbaycan prezidenti Vladimir Zelenskini təbrik edib


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Bu gün, aprelin 22-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynada prezidentliyə namizəd Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubda qeyd edib ki, Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir.

“İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə o yazıb.

Prezident İlham Əliyev Vladimir Zelenskiyə möhkəm cansağlığı, xoşbəxtlik, Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.

Xatırlatma

Dünən aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib.

Artıq seçki bülletenlərinin 95 faizindən çoxunun sayıldığı bildirilir.

Verilən məlumata görə, Zelenskiy səslərin 73,2, bu vaxta qədər prezident olan Poroshenko isə 24,5 faizini yığıb.

XS
SM
MD
LG