Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

İlham Əliyev: ‘Yerevanın indiki mövqeyi ilə heç bir danışıqlardan söhbət gedə bilməz’


Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 29-da Rusiyanın RTR telekanalının “60 dəqiqə” proqramına şərhində iddia edib ki, Türkiyə hərbçiləri Azərbaycan ərazisindədirlər və hətta münaqişə bölgəsində döyüş birliklərinə komandirlik edirlər:

"Türkiyə faktiki olaraq bu prosesə cəlb olunub. Bizdə olan etibarlı informasiyaya görə hərbi müşavirlər və yüksək rütbəli hərbçilər Azərbaycanın komanda məntəqələrindədirlər və hətta hərbi əməliyyatlara rəhbərlik edirlər”.

Paşinyanın sözlərinə görə Türkiyə ordusunun hissələri hazırda Naxçıvan ərazisindədir:

“Bizim məlumatımıza görə Türkiyə münaqişədə daha geniş iştiraka cəlb olunmaq üçün bəhanə axtarır. Onlar öz qoşunlarını Naxçıvana yeritmək üçün bəhanə axtarırlar. Bizdə informasiya var ki, artıq Türkiyə ordusunun bəzi birləşmələri ordadır”.

Paşinyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla çözümü yoxdur:

"Danışıqlar prosesi başlandığı yerdən – Minsk qrupundan davam etməlidir. Amma danışıqlar üçün müvafiq atmosfer lazımdır. Konkret hərbi əməliyyatların getdiyi vaxtda danışıqlardan söz açmaq çətindir. İlk növbədə zorakılığı dayandırmaq lazımdır. Azərbaycan bu formulu qəbul etməlidir: Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”.

Ermənistan baş naziri deyib ki, beynəlxalq icma “Türkiyənin Dağlıq Qarabağdakı hərəkətlərini pisləməli, ondan Cənubi Qafqazı tərk etməyi tələb etməlidir”.

Döyüşlər nə qədər davam edə bilər? ABŞ diplomatı danışır
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Amma elə eyni proqramda Paşinyandan əvvəl çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Dağlıq Qarabağ münaqişəsində iştirakı barədə iddiaları rədd edib:

"Türkiyə münaqişənin tərəfi deyil, onda iştirak etmir və buna heç bir zərurət yoxdur”.

Əliyev deyib ki, Türkiyə regionda “sırf stabilləşdirici” rol oynayır:

“Türkiyə bizə qardaş ölkə, müttəfiqdir. O bizə yalnız mənəvi dəstək verir və biz ona bu həmrəyliyə görə minnətdarıq”.

İlham Əliyev habelə Dağlıq Qarabağ münaqişə bölgəsində Suriyadan olan döyüşçülərin olduğu barədə iddiaları rədd edib:

"Yox. Bu növbəti saxta xəbərdir. Suriyadan heç bir döyüşçülər yoxdur. Bu barədə nə bir sübut, nə də bir dəlil var”.

İlham Əliyev əlavə edib ki, Yerevanın tutduğu indiki mövqe şəraitində heç bir danışıqlardan söhbət gedə bilməz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG