Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

İlham Əliyev Trump-a Qarabağdan yazdı


Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trumpı bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Xəbəri Azərtac yayıb.

Məktubda deyilir ki, iki ölkəni dostluq və əməkdaşlıq münasibətləri birləşdirir, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri daşıyır.

Prezident Əliyev beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə məsələlərində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirir.

Enerji layihələrinə toxunan dövlət başçısı enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən layihələrin ABŞ tərəfindən dəstəklənməsini “çox əhəmiyyətli” saydığını qeyd edir.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına diqqət çəkərək, bunu Azərbaycan xalqı üçün “ən ağrılı problem” adlandırır.

“Biz bu işdə ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ardıcıl və qətiyyətli mövqeyinə və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - prezidentin məktubunda deyilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Azərbaycan Dağlıq Qarabağ daxil olmaqla 7 rayonu və bir neçə kəndi itirib.

1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanıb.

Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğuldur.

Həmsədr dövlətlər ABŞ, Fransa, Rusiyadır.

XS
SM
MD
LG