Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 23:39

Deputatlar əlillərin hüquqları haqda qanun layihəsinə etiraz etdilər


20 ildi kirayələrdə yaşayan, ev ala bilməyən Qarabağ əlili
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

20 ildi kirayələrdə yaşayan, ev ala bilməyən Qarabağ əlili

İyunun 11-də Milli Məclisin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif edilən dəyişikliklər müzakirə olunub. APA-nın xəbərinə görə, qanuna dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən layihə ilə bağlı kəskin tənqidlər səsləndirilib, 10 deputat layihənin ikinci oxunuşda qəbulunun əleyhinə səs verib.

A.Abbas
A.Abbas

"Mən bu layihənin əleyhinəyəm"

"Balet ustaları sovet dönəmində 35 yaşdan pensiyaya çıxırdı. Bu zaman futbolçular da dava edirdi ki, 35 yaşdan sonra pensiya ala bilmirlər, onlar da pensiyaya çıxa bilsin. Bizdə pensiya yaşı 65-dir. Sovet dövründə təhsil alanlar xatırlayar, "ölü pensiya" anlayışı var idi. İndi Azərbaycanda ona çatmışıq. Mən bu layihənin əleyhinəyəm. Birinci Qarabağ savaşının veteranlarının əksəriyyəti hələ veteran adı ala bilməyib. Süründürürlər o insanları. ƏƏSMN yanında veteranlarla bağlı 7 aydır komissiya yaradılıb. Hələ bir açıqlama yoxdur. İkinci Qarabağ müharibəsinin bitməsindən 7 ay keçib", - deputat Aqil Abbas deyib.

Deputat mütəxəssislər tərəfindən qanun layihəsinə yenidən baxılmasının vacibliyini bildirib.

Spiker Sahibə Qafarova təklif edib ki, qanun layihəsinin üçüncü oxunuş komitə iclası geniş formatda, nazirlik əməkdaşlarının iştirakı ilə keçirilsin.

V.Əhmədov
V.Əhmədov

"Səlim Müslümovun qanun layihəsinin altından çıxa bilmirik"

Deputat Vahid Əhmədov isə xatırladıb ki, Səlim Müslümov da islahat adıyla parlamentə belə bir qanun layihəsi göndərmişdi: "Bu günə qədər biz bu qanun layihəsinin altından çıxa bilmirik. Bu da o cür qanun layihəsidir. Bu qanun çox ciddi problemlər yarada bilər".

Deputat təklif edib ki, qanun layihəsi parlamentə paket şəklində təqdim olunsun və nazir izahat versin: "Nazir gəlib bizə bu qanun layihəsini şərh etsin. Qanun layihəsi Avropa ilə müqayisə edilir. Biz Avropa deyilik. Bu qanun layihəsi üzərində çox ciddi iş getməlidir. Bu qanun layihəsi bizə paket şəklində verilməlidir".

"Azərbaycanda 7 faiz əhalı pensiya alır"

Deputat Qüdrət Həsənquliyev isə deyib: "Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Deməli, 7 faiz əhali pensiya ala bilir".

Q.Həsənquliyev
Q.Həsənquliyev

Deputat bildirib ki, deməli, Azərbaycanda orta yaş aşağıdır: "Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini "mütərəqqi" adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni, "31 faiz"lə "60 faiz" eyni pensiya alacaq?! Burada 100 faiz sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir?".

Q.Həsənquliyev nazirliyin bu dəyişikliklərdən əvvəl parlamentə maliyyə əsaslanması təqdim etməli olduğunu söyləyib: "Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Bu gün mən də deyirəm ki, ola bilsin, əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi hallar olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Biz bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq".

M.Quliyev
M.Quliyev

"İstəyər qanuna səs verər, istəməz səs verməz"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif olunan dəyişiklərin tənqid edilməsinə münasibət bildirib. O deyib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: "Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur. Onu demək istəyirəm ki, belə deyil, hörmətli həmkarlar. Yenə də spiker Sahibə xanımın təklifinə qatılıram. Gələn həftə çox genişləndirilmiş komitə iclası keçirək, əlaqədar qurumları çağıraq və bütün suallara aydınlıq gətirək".

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG