Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Əli Kərimli ilə bağlı qərar verildi


Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub
Gözlə

No media source currently available

0:00 0:06:45 0:00

Əli Kərimli polisdən buraxıldı: Səhv anlaşılma olub

Əli Kərimlinin şikayəti təmin olunmayıb. AXCP sədrinin vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

+++

İyulun 30-31-də Binəqədi Rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin şikayətinə baxılıb. O, iyunun 28-də Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu vaxtı tutulub polis idarəsinə aparılması, təxminən iki saat orada saxlanmasıyla əlaqədar məhkəməyə müraciət edib.

Heç bir qanun pozuntusu törətmədiyini, lakin iki saatdan artıq Binəqədi Rayon Polis İdarəsində saxlandığını deyən Ə.Kərimli iddia edir ki, bununla da onun bir sıra hüquq və azadlıqları pozulub.

«Repressiya və İşgəncələr Əleyhinə Komitə bir həftə öncədən media vasitəsilə məlumat vermişdi ki, sərbəst toplaşmaq imkanlarından istifadə edərkən cəzalandırılan insanların cərimələrinin ödənilməsində kömək üçün xeyriyyə marafonu keçiriləcək. Tədbir başlanana qədər heç bir dövlət orqanı buna irad bildirməmişdi. Əli Kərimli də gəlib, ianəni təqdim edib. Həmin vaxt Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Vüsal Axundov və başqa polislər onu idarəyə aparıblar – heç bir rəsmi qərar və əsas olmadan. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq, hökumətə yaxın media onun haqqında həqiqətəuyğun olmayan məlumatlar yayıb. Bütün bunlara görə məhkəməyə müraciət olunub», – AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib.

Əli Kərimli: '8 il İlham Əliyevə salam vermədim'
Gözlə

No media source currently available

0:00 0:29:29 0:00

Ə.Kərimlinin məhkəmədən istəyi odur ki, baş verənlər İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasının 5 (azadlıq və toxunulmazlıq hüququ), 8 (şəxsi və ailə həyatına hörmət hüququ), 11 (yığıncaqlar və birləşmək hüququ), 14 (ayrıseçkiliyin qadağan olunması) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusu hesab olunsun.

Şikayətə qapalı məhkəmə iclasında hakim Fərid Əmirəliyev baxıb. Prosesdə Ə.Kərimlinin nümayəndəsi və Daxili İşlər Nazirliyini təmsil edən vəkil iştirak edib.

AXCP sədri saxlandığı gün Daxili İşlər Nazirliyi Baş Prokurorluq bu barədə birgə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Ə.Kərimli Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar polis idarəsinə dəvət olunub: «Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb. İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısının bundan sonra da qanuni qaydada alınacağı, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG