Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Əli Əhmədov Əli İnsanova cavab verdi


Əli Əhmədov Əli İnsanov haqda
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Əli Əhmədov Əli İnsanov haqda

«Mənim bildiyimə görə, Əli İnsanovun azadlığa çıxması bilavasitə prezidentin şəxsi təşəbbüsüdür».

Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O, prezidentin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə nazirinin elə cəzaçəkmə müəssisəsinin qarşısında verdiyi açıqlamanı dəyərləndirərkən belə deyib. O qeyd edib ki, yaxşılığa «sağ ol» cavabı verirlər, Ə.İnsanov bunu etməyib: «Bundan sonra Əli İnsanovun pis bəyanat səsləndirməsi, onun guya azadlığa çıxmasında hansısa dövlətlərin xidmətləri olması haqqında fikir səsləndirməsi ən azından ona edilən yaxşılığı dərk edə bilməməsinin nəticəsidir».

Baş nazirin müavininin qeyd etməsinə görə, əfv sərəncamı ona görə verilib ki, bu, bir yandan prezidentin humanizminin göstəricisidir, ikinci tərəfdən isə insanın islah olunduğuna inamın ifadəsidir: «Əli İnsanovun bəyanatı göstərir ki, o, yəqin islah olunmayıb».

Prezident İlham Əliyev martın 16-da əfv sərəncamı verib. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil edilib. Onlardan biri də keçmiş səhiyyə naziri Ə.İnsanov olub. O, azadlığa çıxan kimi deyib ki, «demokratik Qərb, ABŞ onun ayağındakı qandalı açıb. Çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalı açsın».

Ə.İnsanov siyasətdən ayrılmadığını, ölkədən getməyəcəyini bildirib.

Həbsdən çıxan keçmiş səhiyyə naziri Əli İnsanov danışdı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

«Azərbaycan özü böyük bir həbsxanadır. İndi Prezident Administrasiyasının mirzələri humanizmdən danışacaqlar. Hansı humanizmdən danışmaq olar ki, bu məmləkətdə polis serjantının gördüyü işi prezident görür. Vaxtilə kimisə şərləyib həbs etmək istəyirdilərsə, onun cibinə narkotik atırdılar. İndi bunu ya eləyir, ya elətdirir-prezident edir…», - Ə.İnsanov demişdi.

Xatırlatma

Ə.İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı keçmiş nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmirdi. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG