Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:06

Anası Əhsən Nuruzadənin ‘kars’a salındığını deyir


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Mayın 18-də “Müsəlman Birliyi” hərəkatının üzvü Əhsən Nuruzadənin saxlandığı 6 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına salındığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun anası Zeynəb Hüseynova məlumat verib.

Zeynəb Hüseynovanın sözlərinə görə, Əhsən Nuruzadənin müəssisədə hətta döyüldüyünü ehtimal edirlər:

“Ayın 18-i Əhsən evə zəng etməli idi, lakin zəng vurmadı. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər bir məhbusu “kars”a (cərimə kamerası - red) salıblar. Hələ də, Əhsən bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah, mayın 21-də çalışacağam gedim onun yanına”

Zeynəb Hüseynova həmçinin əlavə edib ki, oğlunun səhhətində problemlər var:

“Mədəsində problem var. Habelə, 2017-ci ildə inzibati həbsdə olanda işgəncələrə məruz qalmışdı və dizlərində ağrılar əmələ gəlmişdi”.

Zeynəb Hüseynovanın dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq polis və cəzaçəkmə müəssisələrində işgənclərin olması ilə bağlı şikayətləri əsaslı saymır, bunu həqiqətdən uzaq iddialar adlandırırlar.

Xatırlatma

Əhsən Nuruzadəni 2017-ci ilin oktyabrın 6-da Daxili İşlər Nazirliyinin ( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.

O, 2018-ci ilin martın 6-da isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub. Nuruzadə ittihamı qəbul etmir və qurama sayır.

Əhsən Nuruzadəni bundan öncə də iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığı, günlərlə onun yaxınlarına yeri haqqında heç bir məlumat verilmədiyi bildirilir. Ardınca da hər dəfə ona 10 sutka inzibati həbs cəzası verildiyi açıqlanıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

XS
SM
MD
LG